Dünya futbolu

“Baptistao ermənidi, ona görə də üzərinə “Land of Fire Azerbaijan” yazılan formada oynamadı”

Çempionlar Liqası çərçivəsində keçirilən “Atletiko” – “Zenit” matçı zamanı birincilərin futbolçusu Babtistaonun meydanan “Land of Fire Azerbaijan” yazılı olmayan forma ilə çıxması xeyli müzakirəyə səbəb olmuşdu.

Sözügedən futbolçu futbolkanı geyindiyi zaman üzərində yazının olub-olmamasına fikir vermədiyini demişdi.

“Exi Moskvı” radiosunun qonağı olan rusiyalı futbol şərhçisi Vasili Utqin məsələyə bu cür reaksiya verib:

“Braziliyada familiyaları “an” şəkilçisi ilə bitən xeyli erməni yaşayır. Əslində, Baptistao ermənidi, ona görə də üzərinə “Land of Fire Azerbaijan” yazılan formada oynamadı. Siz yəqin bilirsiniz ki, “Baptistao” kimi Braziliya familyaları “Baptistan” kimi oxunur”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43