Kateqoriyasız

Baqa “Sumqayıt”ın tarixə düşdü

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa postunda rəsmi debüt edib.

İdmanxeber.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi yeni çalışdırıcısı ilə ilk matçına Azərbaycan kubokunda çıxıb. 1/4 finalın “Qəbələ” ilə görüşü Baqa üçün ilklə əlamətdar olub.

O, həm də Azərbaycan klublarında çalışan ilk belaruslu olub. Onadək ölkəmizdə bütün yarışlar nəzərə alınmaqla 71 legioner məşqçi çalışıb ki, onlardan 43-ü kubokda da iştirak edib. Baqa klublarda 72-ci əcnəbi, kubokda 44-cü legioner məşqçidir.

Onun debüt oyununda “Sumqayıt” “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43