Ölkə futbolu

Baqali Dabo: “Hakim məni meydandan qovmaq üçün fürsət axtarırdı”

Topaz Premyer Liqasının XIII turuna start verilib

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” komandası debutant “Sabah”ı səfərdə 2:1 hesabı ilə məğlub edib. Oyunun ardındaan “ağ-qaralar”ın forvardı görüş barəsində fikirlərini bildirib:

“Çox gərgin oyun oldu. Hər şeyə rəğmən qələbə qazana bildik. Komanda yoldaşlarımı təbrik edirəm. Qırmızı vərəqə gördüyüm epizodu başa düşə bilmirəm. Bəlkə də orada penaltı yox idi. Lakin simuliyasiyadan söhbət belə gedə bilməzdi. Mən sarı vərəqə gördükdən sonra baş hakim məni oyundan qovmaq üçün fürsət axtarırdı. Bunu hiss edirdim. Oyundan sonra çox böyük sevinc yaşadım. İki qırmızı ilə qələbə qazana bildik. Yəqin ki, bundna sonra bizi saxlamaq üçün 3 qırmızı vərəqə göstərərlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43