İdman

Baqali Dabo ilk “üçlük”də – Avropa Liqası

“Neftçi”nin forvardı Baqali Dabo Avropa Liqasında I təsnifat mərhələsində vurduğu 2 qolla bombardirlər sırasında 3-cü yerdə qərarlaşıb.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun “Qəbələ”dən transfer etdiyi hücumçu “Uypeşt”in qapısından keçirdiyi 2 qolla sözügedən siyahıda 3-cü yerdə qərarlaşıb.

Onunla yanaşı daha 11 futbolçu 2 qol vurub.

Siyahıya Adeleke Akinyemi başçılıq edir. “Ventspils”in (Latviya) futbolçusu 4 dəfə fərqlənib. Şotlandiyanın “Hibernian” klubunun oyunçusu Florian kamberi 3 qolla 2-cidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43