Ölkə futbolu

Baqali Dabo: “Özümü burada çox rahat hiss edirəm”

“Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib

 

– Baqali, “Keşlə” ilə son oyundan başlayaq. Bu qələbə haqqında nə deyə bilərsiniz?

– Belə matçlarda qalib gəlmək ikiqat vacibdir. Çünki belə çətin qələbələr komandanın ruhuna, mənəvi vəziyyətinə müsbət təsir göstərir. Ən önəmlisi üç xal idi, onu da qazana bildik.

– Sonuncu dəfə boş qapıya nə vaxt qol vurmusunuz?

– Sözün düzü, yadımda deyil. “Keşlə” hesabı bərabərləşdirmək istəyirdi. Son dəqiqədə qapıçıları da irəli atıldı. Mən isə Mirabdulladan ötürmə alıb qapıya zərbə endirdim. Fikrimcə, hələ belə qol vurmamışdım.

– Komandaya tam uyğunlaşdığınızı demək olarmı?

– Təbii. Özümü burada əla hiss edirəm.

– Hazırda “Neftçi”nin ən məhsuldar futbolçususuz. Mövsümün sonunda bu statusu qorumaq sizin üçün nə qədər vacibdir?

– Zərrə qədər də vacib deyil. Mənim üçün ən önəmlisi komandanın qələbələridir. O qələbələri kimin qollarının gətirməsi artıq ikinci dərəcəli məsələdir.

– “Zirə” ilə oyundan nə gözləyirsiz?

– Yalnız qələbə. Çempion olmaq istəyirsənsə, yalnız qələbə haqda düşünməlisən.

– 4 turdan sonra lider mövqeyində qərarlaşan “Neftçi” çempionluq iddiasını ortaya qoyub. Sizcə, bu mübarizədə komandanın ən böyük rəqibləri kimlər olacaq?

– Tam razıyam ki, “Neftçi” bu mövsüm ancaq ən yüksək yer uğrunda mübarizə aparır. Məncə, əsas rəqiblərimiz “Qarabağ” və “Qəbələ” olacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43