Ölkə futbolu

Baqali Dabo: “Qriqorçuk məni izləməyə davam etdi”

“İlk dəqiqədən sona qədər diqqətli olmalıyıq. Yaxşı oyun göstərməyimiz azarkeşlərin stadionda yaradacaqları atmosferdən asılıdı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ” klubunun hücumçusu Baqali Dabo Fransa mətbuatına açıqlamasında deyib.

 

“Qəbələ”də özünü xoşbəxt hiss etdiyini deyən Dabo 2 il öncədən bu komandanın diqqət mərkəzinə düşdüyünü açıqlayıb: “Qəbələ” mənə hələ “İstr”də oynayanda təklif göndərmişdi. Ancaq həmin vaxt Fransada qalmağı üstün tutmuşdum. Buna baxmayaraq, ukraynalı məşqçi Roman Qriqorçuk məni izləməyə davam etdi. Sonra yenidən belə bir təklif alanda düşündüm ki, “Qəbələ”yə keçmək üçün ən doğru vaxtdı. Yeni nəsə axtarmaq istəyirdim. Təsəvvür edin, mən Fransanın II liqasından birbaşa Avropa Liqasına yollandım. Bu, gözəldi, elə deyilmi? “Qəbələ”yə keçəndə məni çox yaxşı qarşıladılar. Azərbaycanlılarla ingilis dilində ünsiyyət qurmağa çalışıram”.

 

Dabo söhbət əsnasında Bakı haqda da müsbət fikirlər səsləndirib: “Bakı mənə mini Dubayı xatırladır. Görürəm ki, şəhər genişlənməyə cəhd edir. “Qəbələ”nin digər

oyunçuları kimi, mən də “Qafqaz” otelində qalıram. O, Kreteydəki 54 kv.m-lik evimi əvəz edir”.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43