Dünyadan

“Barcelona” prezidenti Messi ilə bağlı danışıb

“Real Madrid”ə yaxınlığı ilə bilinən “Marca” qəzetinin əvvəlki günlərdə dərc etdiyi “Messi, Barsanın müqavilə təklifini rədd etdi” xəbəri, İspaniya gündəminə damğa vurmuş və “Barselona” azarkeşlərini təşvişə salmışdı.

İdmanxeber.com-un məlumatına görə, “Rakuten” ilə imzaladıqları sponsorluq müqaviləsinin mərasimində danışan klub prezidenti Bartomeu, mövzuyla əlaqədar “Messinin futbolu Barselonada buraxacağına əminik. Razılaşmanın uzadılması mövzusunda da rahatıq. O bizim liderimizdir. İllərdir ki, o bizə çempionluqları gətirir”, – deyə qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43