Dünya futbolu

“Barış pınarı”na dəstək olan futbolçu Almaniya klubundan uzaqlaşdırıldı

Almaniya II Bundesliqa təmsilçisi “Sankt-Pauli” klubu futbolçusu Cenk Şahini “Instagram”da “Barış pınarı” hərəkatına dəstək olduğu üçün əsas komandadan kənarlaşdırmışdı.

İdmanxeber.az-ın məlumatına görə, klub Almaniya klubu Cenk Şahinin paylaşımının klubun imicinə uyğun olmadığını açıqlayaraq 25 yaşlı yarımmüdafiəçi ilə yolları ayırıb. Müqaviləsi 2021-ci ilə qədər olan futbolçuya başqa klublarla danışıqlar aparmasına icazə verilib.

“Sankt-Pauli” Ənvər Cenk Şahini 2017-ci ildə “Başakşəhər”dən transfer etmişdi. Almaniya klubunun qərarından sonra İstanbul təmsilçisi sosial şəbəkə hesabında “Evinə qayıt, Şahin” başlığı ilə status paylaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43