18 Oktyabr 2024
Ölkə futbolu

Barış Şimşek “Turan Tovuz”la görüş keçirdib

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək “Turan Tovuz”un əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb.

İdmanxeber.az-ın məlumatına görə, komitə rəhbəri komanda üçün oyun qaydaları üzrə seminar keçib. Seminarda oyun qaydalarındakı yeniliklər haqda məlumat verilib. B.Şimşek görüş iştirakçılarının oyun qaydaları ilə bağlı suallarını cavablandırıb.

Seminarın sonunda müxtəlif oyunlarda seçilmiş epizodlar müzakirə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43