Dünya futbolu

“Barsa” və “Real”a şok cəza

Avropa Birliyi Komissiyasının Rəqabət Komitəsi İspaniyanın 7 futbol klubunu cəzalandırıb.

İdmanxeber.com-un anspress.com-a istinadən verdiyi məlumata görə, buna səbəb həmin klubların qanunsuz sosial yardım alması göstərilib.

Yerli mətbuatın yazdığına görə, bunlar “Real” (Madrid), “Barselona”, “Atletik” (Bilbao), “Valensiya”, “Osasuna”, “Herkules” və “Elçe”dir. 7 kluba ümumilikdə 68,8 milyon avro cərimə kəsilib və onlara bu barədə məlumat verilib.

Ən böyük cəza (20.4 milyon avro) “Valensiya”ya verilibsə, “Real”a 18.4, “Barselona”ya isə 5 milyon avro cərimə kəsilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43