Dünya futbolu

“Barselona” 4 futbolçu ilə yolları ayırır – adlar…

“Barselona” yayda bir neçə futboçu ilə yollarını ayırmağa hazırlaşır.

İdmanxeber.az AS nəşrinə istinadən xəbər verir ki, komanda maliyə feyr-pley təhlükəsindən qurtulmaq üçün oyunçuları satmağı düşünür. Bunlar Ansu Fati, Ferran Torres və Erik Qarsiyadır.

Futbolçular üçün gələcək ən uyğun təklifdə rəhbərlik onlarla yollarını ayıracaq. Daha öncə Fati ilə bağlı bəlirsizlik olsa da, artıq oyunçunun klubun gələcək planlarına daxil olmadığı bildirilir. 

Rəhbərlik yarımmüdafiəçi Pablo Torreni isə icarəyə göndərmək niyyətindədir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43