Dünya futbolu

“Barselona” avrokuboklardan uzaqlaşdırılmalıdır”

“Betis”in vitse-prezidenti Jose Migel “Barselona”nın “Neqreyra işi” ilə bağlı açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi Kataloniya klubunun cəzalandrılmasını tələb edib. O, “Barselona”nın növbəti mövsüm Çempionlar Liqasında çıxış etməsini tənqid edib:

“Bu məsələ bizi çox narahat edir. Bunları unutmaq olmaz. UEFA və İspaniya prokurorluğu sona qədər məsələsinin ardınca getməlidir. Çünki bu, İspaniya futbolu tarixindəki ən böyük qalmaqaldır. “Barselona” avrokuboklardan uzaqlaşdırılmalıdır”.

Xatırladaq ki, “Barselona” cari mövsümü çempion kimi tamamlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43