Dünya futbolu

“Barselona” axtardığı məşqçini tapdı

Yayda “Barselona”dan ayrılacaq Xavinin yerinə kimin gələcəyi hələ də sual olaraq qalır.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun rəhbərliyi Hansi Fliklə danışıqlar aparır. Almaniya və “Bavariya”nın sabiq baş məşqçisi “Barselona”dan ciddi təklif alıb. Bu barədə “Diario AS” məlumat yayıb.

Bildirilir ki, 59 yaşlı təcrübəli mütəxəssis “Barselona” rəhbərliyinin təklifinə müsbət yanaşıb və tərəflər arasında danışıqlar son mərhələdədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43