Dünyadan

“Barselona” azarkeşləri üçün gecənin xəbəri

“Barselona” futbolçusu Neymarla yeni müqavilə imzalamağa hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, PSJ-nin də heyətinə qatmaq istədiyi və Paris klubunun 40 milyonluq təklifini geri çevirən “sambaçı” Kataloniya təmsilçisi ilə oktyabrın 21-də yeni sözləşməyə imza atacaq. Yeni müqavilə 2021-ci ilin yayına kimi nəzərdə tutulub. 

Qeyd edək ki, Neymar 2013-cü ildən “Barsa”nın heyətində çıxış edir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43