“Barselona” “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmixi azad agent kimi transfer etməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı almaniyalının Münhen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Kimmixin “Bavariya” ilə sözləşmə uzadılması ilə bağlı danışıqları Avropa çempionatından sonra baş tutacaq.
Ötən mövsüm yarımmüdafiəçi klubda 43 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə edib.