Dünyadan

“Barselona” bu futbolçunu da itirdi

İspaniyanın “Barselona” klubu daha bir futbolçusunu itirib.

Kataloniya klubunun yarımmüdafiəçisi Conatan Dos Santos 6 aya qədər yaşıl meydanlardan uzaq qalacaq. 

Kataloniya klubunun rəsmi saytının verdiyi xəbərə görə, belçikalı oyunçu noyabrın 5-i əməliyyat olunacaq. Bu səbəbdən Dos Santosun 6 aya yaxın komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, o, “Barselona”nın heyətində indiyə kimi 28 rəsmi oyunda iştirak edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43