08 Sentyabr 2024
Dünya futbolu

“Barselona” bu məbləği ödəyə bilmir

“Barselona” “Jirona”da çıxış edən Aleiş Qarsiyanı transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Katalon klubu 26 yaşlı müdafiəçinin 20 milyon avroluq sərbəstqalma məbləğini ödəməkdə çətinlik çəkir. Klubun maliyyə vəziyyəti bu transferi etməyə imkan vermir.

Qarsiya bu mövsüm “Jirona”nın heyətində 20 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43