Dünyadan

“Barselona” bu transferi bitirdi: Braziliyalı futbolçu İspaniyaya gəlir

“Barselona” bir müddətdir ki, transfer etmək istədiyi David Luizin keçidini böyük ölçüdə həll edib.

İdmanxeber.comEl Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Çelsi”nin braziliyalı futbolçusu ilə bütün detallar həll olunub. London klubunun “hə”sini alan katalonlar, komandanın baş məşqçisi olacağı gözlənilən Luis Enrikenin cavabını gözləyirlər.

Qeyd edək ki, David Luiz bu mövsüm “Çelsi” forması ilə 19 oyunda meydana çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43