İdman

“Barselona” ÇL-ı ilə vidalaşsa da, futbolçusu qızıl medal qazana bilər

İspaniyanın “Barselona” klubunun futbolçusu Filippe Koutinyo Çempionlar Liqasının qalibi kimi qızıl medal əldə etmək imkanı qazanıb.

İdmanxeber.com-un məlumatına görə, İngiltərənin “Liverpul” komandası bu turnirin finalına çıxsa, braziliyalı yarımmüdafiəçi medallardan birinə sahib ola bilər. 

26 yaşlı oyunçu mövsümün əvvəlində “Liverpul” forması ilə Çempionlar Liqasında oyuna çıxdığı üçün “Barselona”nın heyətində ÇL-də çıxış edə bilməyib.

Qeyd edək ki, UEFA qaydalarına əsasən, Çempionlar Liqasının qalibi və turnirin finalçısı hər biri 40 medal qazanır. Əlavə mükafatlar isə hazırlanmır. Beləliklə, Koutinyo sabiq klubunun Çempionlar Liqasının qalibi olacağı təqdirdə, medal əldə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43