Dünya futbolu

“Barselona” da Mbappeyə elçi düşdü

“Barselona”nın baş məşqçisi Ernesto Valverde “Monako”nun forvardı Kilian Mbappe ilə maraqlanır.

İdmanxeber.com-un məlumatına görə, məlumatı “Le Parisien” yayıb.

Mənbənin məlumatına görə, katalon klubu fransız futbolçunu Neymara əvəz kimi görür. Xatırladaq ki, braziliyalı futbolçunun aqibəti qaranlıq qalmaqdadır.

Bir müddət əvvəl Mbappenin “Real”la razılığa gəldiyi yazılmışdı. Lakin bu informasiyanı “Monako”nun vitse-prezidenti Vadim Vasilyev təkzib etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43