Dünya futbolu

“Barselona” fransız futbolçunun transferini rəsmiləşdirdi

“Barselona” daha bir futbolçunun transferini həll edib. Klubun rəsmi saytının verdiyi xəbərə görə, Kataloniya təmsilçisi ötən mövsüm “Valensiya”da oynayan Jeremi Matyeni transfer edib. 

Fransalı müdafiəçi ilə 4+1 sistemi ilə müqavilə imzalanıb. Bu transfer “Barsa”ya 20 milyon avroya başa gəlib. Jereminin sazişində həmçinin 50 milyon avroya sərbəst qalma maddəsi də olacaq.

30 yaşlı Matye 2009-ci ildən “Valensiya”da oynayırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43