Dünya futbolu

“Barselona” hücumçusunu geri qaytardı

“Barselona” sabiq futbolçusu Xerardo Deulofeunu yenidən heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Kataloniya klubu 2015-ci ildə “Everton”nu satdığı 23 yaşlı hücumçu ilə müqavilə imzalayaıb. Müqavilə müddəti və şərtləri haqda məlumat veriməyib.

Qeyd edək ki, “Barsa”nın yetirməsi olan Deulofeu ötən mövsüm icarə əsasında “Milan”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43