Dünyadan

“Barselona” istədiyi futbolçunu nəhayət transfer etdi

“Barselona” İvan Rakitiçin transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məlıumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə beş illik müqavilə imzalanıb.

Qeyd edək ki, xorvatiyalı İ.Rakitiç son mövsüm oynadığı “Sevilya”da 48 matçda iştirak edib və 13 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43