Dünya futbolu

“Barselona” izahat tələb edir

“Barselona” FİFA-nın “Real”a verdiyi transfer cəzasının yüngülləşdirilməsinə etiraz edib.

İdmanxeber.com-un məlumatına görə, “Barselona” rəhbərliyi vaxtilə özlərinin də analoji cəzaya məruz qaldıqlarını, lakin onlara tətbiq olunmuş sanksiyanın yüngülləşdirilmədiyini əsas gətirərək, vəkilləri vasitəsi ilə İdman Arbitraj Məhkəməsindən  izahat tələb etmək qərarına gəlib.

Qeyd edək ki, FİFA “Real”a kəsdiyi iki növsümlük transfer qadağasının birini ləğv edib. İspaniya klubu artıq cari mövsümün sonunda transferlər həyata keçirə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43