Dünya futbolu

“Barselona” kubokdan uzaqlaşdırıla bilər

Kataloniya təmsilçisi İspaniya kubokunun 1/8 final qarşılaşmasında “Levante”yə qarşı keçirdiyi matçda reqlamenti pozub.

Belə ki, “Barselona” sarı vərəqə limitini doldurmuş Xuan Brandaris Movilyanın xidmətindən yararlanıb. İspaniya Futbol Federasiyası da “Barselona”nın cəzalı futbolçunun xidmətindən istifadə etdiyini təsdiqləyib.

“Barselona” cavab qarşılaşmasını 3:0 hesabı ilə qazanaraq 1/4 finala vəsiqə qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43