Dünyadan

“Barselona” – “Mançester Siti” matçının hakimi bəlli oldu

Çempionlar Liqasının 1/8  final mərhələsinin cavab görüşləri
çərçivəsində İspaniyada baş tutacaq “Barselona” – “Mançester
Siti” matçının baş hakiminin adına aydınlıq gəlib.

İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə
görə, martın 12-də keçiriləcək qarşılaşa fransalı Stefan Lannua həvalə olunub.
Bu fransız hakimin cari turnirdə dördüncü təyinatıdı.

Qeyd edək ki, komandalar arasındakı ilk matç katalonların qələbəsi
ilə yekunlaşmışdı – 2:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43