Dünya futbolu

“Barselona”dan darmadağın, “Yuventus” turnirlə vidalaşdı

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

“Barselona” İspaniyada “Mançester Yunayted”lə qarşılaşıb. Qarşılaşma Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə sona çatıb.

Digər matçda isə “Yuventus” “Ayaks”ı qəbul edib. Hollandiya təmsilçisi “Real”dan sonra İtaliya nəhəngi “Yuventus”u da səfərdə məğlub edərək, növbəti mərhələyə yüksəlib – 1:2

16 aprel

Çempionlar Liqası

1/4 finalın cavab oyunları

23:00. “Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 3:0
İlk oyun – 1:0

 23:00. “Yuventus” (İtaliya) – “Ayaks” (Hollandiya)  1:2
İlk oyun – 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43