Dünya futbolu

“Barselona”dan səfər qələbəsi, “Ayaks” İtaliyaya ümidli yollanır

Bu gün Çempionlar Liqasında 1/4 finalın daha 2 oyunu keçiriləcək.

Gecənin oyunlarından biri Amsterdamda olaub. “Ayaks” doğma azarkeşləri önündə “Yuventus”a qarşı 0:1 hesabı ilə geriyə düşsə də, matçdan bərabərliklə ayrıla bilib – 1:1. 

Gecənin ən maraqlı qarşılaşması isə İngiltərədə keçirilib. 1/8 finalda PSJ-ni ÇL-dən uzaqlaşdıran “Mançester Yunayted” doğma meydanda “Barselona”nı qonaq edib. Qarşılaşma qonaqların 0:1 hesablı qələbəsi ilə sona çatıb

Komandalar arasında cavab qarşılaşmaları isə aprelin 16-da olacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk iki oyunu dünən keçirilib.

Çempionlar Liqası, 1/4 final mərhələsinin ilk oyunları

10 aprel

23:00.”Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)  1:1

Qol: Ronaldo, 45 (0:1), D.Neres, 46 (1:1)

23:00.”Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)  0:1

Qol: Şou, 13-avtoqol


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43