İdman

“Barselona” məşqləri dayandırdı, tətil elan oldu – RƏSMƏN

“Barselona” Kataloniyada müstəqilliklə bağlı referenduma görə tətil edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi Tvitter səhifəsi xəbər yayıb.

Tətillə əlaqədar heç bir komanda, eləcə də gənclərdən ibarət kollektiv bu gün məşqə çıxmayacaq. Kataloniyanı təmsil edən “Jirona” da “Barselona”nın bu addımına qoşulub.

Qeyd edək ki, “Barselona” rəhbərliyi ötən gün Kataloniyada referendum səsverməsi ilə əlaqədar  İspaniya Futbol Federasiyasından “Las Palmas”la matçın təxirə salınmasını tələb etmişdi. Federasiyanın bu tələbi rədd etməsindən sonra Kataloniya klubu buna etiraz əlaməti olaraq matçın azarkeşsiz oynanılmasına qərar verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43