Dünya futbolu

“Barselona” Messinin gedişinə hazır olmalıdır” – Bartomeu

“Barselona”nın prezidenti Xosep Bartomeu klubun inkişaf strategiyasından danışıb.

Klub rəhbəri gənc futolçuların yetişdirildiyini və gələcəkdə onların komandanın aparıcı üzvləri olacağını bildirib:

“Bir gün Messi karyerasını bitirdiyini deyəcək. Buna görə də onun gedişinə hazır olmalıyıq. Komandanı bu yöndə hazırlamalıyıq. Kluba çoxlu sayda əla gənc futbolçu cəlb edirik. Uğurumuzu davam etdirmək istəyirik. Bu, bizim məsuliyyətimizdir.

Daha iki mövsüm kluba rəhbəlik edəcəm. “Barselona”nı möhtəşəm vəziyyətdə təhvil verməliyəm. Yeni klub prezidentinə demək istərdim ki, “Barselona” bizim mirasımızdır”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43