Dünyadan

“Barselona” Messiyə yeni müqavilə imzalayır

“Barselona”nın prezidenti Jozep Bartomeu komandanın hücumçusu Lionel Messi üçün yeni müqavilə versiyasını hazırlayıb.

İdmanxeber.com-un məlumatına görə, yeni müqavilənin müddəti 2022-ci ilədək davam edəcək. Klub prezidenti J.Bartomeu ilk öncə Messi ilə görüşəcək, daha sonra futbolçunun atası və meneceri olan Xorxe Messi ilə danışıqlara başlayacaq. Məlumata görə, yeni müqavilə imzalandıqdan sonra Messinin məvacibi də artırılacaq. Belə ki, hazırda “Barselona” ilə 2018-ci ilədək müqaviləsi olan futbolçu illik 22 milyon avro qazanır.

Xatırladaq ki, “Barselona” Neymar və Suareslə 2021-ci ilədək müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43