16 Sentyabr 2024
Dünya futbolu

“Barselona” müdafiəçisini satmaq istəmir

“Barselona”nın idman direktoru Deko uruqvaylı müdafiəçi Ronald Arauxonun gələcəyi barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Deko onu satmaq istəmədiklərini bildirib:

“Bavariya” Ronald Arauxonu istəyir? Biz onu satmağı düşünmürük. O, “Barselona”nın gələcəkdə əsas oyunçulardan biri olacaq”.

24 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb və 1 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43