Kateqoriyasız

“Bavariya” növbəti mərhələ şansını həll etdi, Neapolda “sülh”

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir. Bu gecə daha iki görüş keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” Londonda “Çelsi”nin qonağı olub. 3 cavabsız qolla qalib gələn münhenlilər növbəti mərhələyə vəsiqəni demək olar ki, təmin edib.

Digər görüşdə “Napoli” Neapolda “Barselona”nı qəbul edib. Matç qollu bərabərliklə başa çatıb – 1:1.

ÇL_də daha iki oyun sabah baş tuacaq.

Çempionlar Liqası
1/8 final (ilk oyunlar)

25 fevral

00:00. “Çelsi” – “Bavariya” – 0:3
Qollar:
 Serje Qnabri, 51, 54, Robert Levandovski, 76
Qırmızı vərəqə: Markos Alonso (“Çelsi”), 84

00:00. “Napoli” – “Barselona” – 1:1
Qollar: 
Dris Mertens, 30 – Antuan Qrizmann, 58
Qırmızı vərəqə: Arturo Vidal (“Barselona”), 89

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

PFL rəmzi komandanı açıqladı

admin

Millinin oyununda omanlı hakimlər

admin