Dünya futbolu

“Barselona” onunla müqavilə bağlayır

“Barselona” hücumçu Lamin Yamal ilə müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi 15 yaşlı oyunçuyla 2026-cı ilə qədər sözləşmə bağlayacaq. O, La Liqanın 32-ci turunda “Betis”lə matçda (4:0) debüt edib.

Hücumçu meydana 83-cü dəqiqədə daxil olub və 15 yaşında İspaniya çempionatında “Barselona”nın tarixində ən gənc debütant olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43