Çempionlar Liqasında 1/8 final mərhələsinin 2 qarşılaşmasının hakim təyinətları açıqlanıb.
“Barselona” – PSJ görüşü Almaniya Futbol İttifaqının türk əsilli hakimi Dəniz Aytəkinə həvalə edilib. Ona yan xətt hakimləri Qvido Klefe, Markus Hakker, qapı yanındakı hakimklər Daniel Zibert, Bendjamin Brand kömək edəcək.
“Borussiya” – “Benfika” qarşılaşmasını isə Martin Atkinsonun rəhbərlik etdiyi ingiltərəli hakimlər bridaqası idarə edəcək. Ona Stiven Çayld, Stüart Bert (laysmanlar), Maykl Oliver, Kevin Frend (qapı xətti hakimləri) və Konstantinos Hatsidakis kömək göstərəcəklər.