Dünya futbolu

“Barselona” “Qatar İnvestment Group”dan 171 milyon avro qazanıb

“Barselona” “Qatar Sports Investment” şirkəti ilə əməkdaşlığının yekunlarını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, klubun bəyanatına görə “Barselona”  “Qatar Sports Investment”dən  171 milyon avro alıb.

Bunu tanınmış “Deloitte” audit şirkəti də təsdiq edib.

Xatırladaq ki, bir müddət əvvəl bəzi mətbuat orqanlarında anlaşmanın şəffaf olmadığı ilə bağlı iddialar ortaya çıxmışdı. Klub buna cavab olaraq onları məhkəməyə verə biləcəyi ilə hədələyib.

Qeyd edək ki, şirkət 2010-cu ildən  2016-ya qədər titul sponsoru olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43