Dünyadan

“Barselona” Rakitiçlə müqaviləni yeniləyir

“Barselona”nın vitse-prezidenti Jordi Mestre komandanın futbolçusu İvan Rakitiçin “Mançester Siti”yə transfer olunacağı iddialarına münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, bu xəbərləri təkzib edib.

J.Mestre bildirib ki, xorvatiyalı yarımmüdafiəçi ilə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparırlar.

Qeyd edək ki, İ.Rakitiçin “Barsa” ilə hazırkı müqaviləsi 2019-cu ilin iyununda başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43