İdman

“Barselona” “Real”a yerini göstərdi: 0:3 – VİDEO

İspaniya La Liqasında 17-ci turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, turun mərkəzi görüşü bu gün baş tutub. Madriddə əzəli rəqiblər “Real” və “Barselona” üz-üzə gəlib. Böyük maraqla gözlənilən ilin son “El-Klassiko”su Bakı vaxtı ilə saat 16:00-da başlayıb və azarkeşlər matçda 3 qola şahidlik edib. Qonaqlar meydan sahiblərini 3 dəfə cəzalındırmaqla qarşılaşmanın yekun nəticəsini təyin edib. 

Qeyd edək ki, “Barselona” 44 xalla turnir cədvəlinin lideridir. “Real” isə 31 xalla 4-cüdür.

23 dekabr
16:00.“Real” – “Barselona” – 0:3
Qol: Luis Suares, 54, Lionel Messi, 64, Aleksis Vidal

Qırmızı vərəqə: Karvahal, 63 (“Real”) 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43