Dünyadan

“Barselona” “Real”ın sabiq futbolçusunu transfer edir

İtaliyanın Napoli" klubunun" hücumçusu Qonsalo İquain karyerasını yenidən La Liqada davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına  görə, cari mövsümü gümüş medalla qapayan "Barselona" argentinalı futbolçunun transferində maraqlıdı.

"Barsa" yaxın günlərdə 26 yaşlı futbolçu ilə danışıqlara başlayıb. Tərəflər arasında razılıq əldə olunarsa, İquain yeni mövsümdən "Barselona"nın formasını geyinəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43