Dünya futbolu

“Barselona” rumıniyalı müdafiəçi gətirir

“Barselona” “Cenoa”nın müdafiəçisi Radu Draquşinlə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçu həm mərkəz müdafiəçi mövqeyində, həm də müdafiədə sağda oynaya bilir. Futbolçunun “Cenoa” ilə müqaviləsinə 30 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib.

O, cari mövsüm komandanın heyətində 19 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Transfermarkt portalı futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir. Draquşinin “Cenoa” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43