İdman

“Barselona” Silessenə şans verəcək

“Barselona”nın qapıçısı Mark Andre ter Ştegen zədələnib.


İdmanxeber.com-un məlumatına görə, məşq zamanı zədələnən 24 yaşlı qolkiper 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.


Almaniyalı qapıçı İspaniya La Liqasında “Alaves” və “Leqanes”, Çempionlar Liqasında isə “Seltik”lə görüşlərdə oynamayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43