Dünyadan

“Barselona” şokda

Çempionlar Liqasının finalında “Yuventus”la qarş.ılaşacaq “Barselona” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun təcrübəli futbolçusu Andres İnesta “Atletik”lə (3:1) İspaniya Kral Kubokunun final matçında zədələnib.

31 yaşlı futbolçu sözügedən qarşılaşmada baldır əzələsindən zədə alıb və matçı davam edə bilməyib. 55-ci dəqiqədə o, Xavi Hernandeslə əvəzlənib.

Onun italyanlarla matçda iştirak etməyəcəyi deyilir. Hər şeyə isə müayinədən sonra aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43