Dünyadan

“Barselona” Suareslə müqaviləni uzadır

“Barselona” klubu futbolçusu Luis Suareslə müqaviləni yeniləyəcək.

İdmanxeber.com-un məlumatına görə, unu klub prezidenti Xosep Bartomeu İspaniya mətbuatına açıqlamasında deyib.

O, uruqvaylı hücumçu ilə razılıq əldə olunduğunu və yaxın günlərdə onunla  müqavilə imzalanacağını bildirib. Yeni müqavilə müddəti 2022-ci ilə qədər olacaq.

Qeyd edək ki, 2014-cü ildən “Barsa”da çıxış edən Uruqvay millisinin üzvü Kataloniya klubunda 75 oyuna 65 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43