Kateqoriyasız

“Barselona” üçün daha bir şok

Argentinalı forvard Serxio Aquero zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı hücumçu kəllə-beyin nahiyəsindən zədə alıb. Bildirilir ki, argentinalı oyunçu bu səbəbdən təxminən 10 həftə – 2,5 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Aquero “Barselona” klubuna bu yay “Mançester Siti”dən keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43