Dünyadan

“Barselona” üçün yeni sponspor

"Barselona", yapon nəhəngi "Rakuten" ilə yeni sponsorluq razılaşması imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, İspaniya təmsilçisi "Barcelona", "Qatar Airways" ilə bitən sponsorluq müqaviləsini yeniləməyib və yapon firması "Rakuten" ilə 4 illik razılaşma əldə edib. "Barsa", yeni sponsorundan 4 il boyunca 220 milyon avroluq gəliri kassasına qoyacaq.

"Barselona" ilə imzaladıqları müqavilədən ötəri çox xoşbəxt olduqlarını söyləyən "Rakuten"in CEO-su Hiroşi Mikita, razılaşmanın iki tərəf üçün də çox əhəmiyyətli bir addım olduğunu söyləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43