Dünya futbolu

“Barselona” və “Yuventus” arasında dəyiş-düyüş

“Barselona” və “Yuventus” klubları arasında Artur və Pyaniç dəyiş-düyüşü reallaşıb.

İdmanxeber.az-ın məlumatına görə, öncə “Yuve” rəsmən Arturu “Barsa”dan transfer etdiyinu açıqlayıb. Turin təmsilçisinin bu transfer üçün 72 milyon avro və əlavə olaraq 10 milyon avro ödəyəcəyi bildirilib. 23 yaşlı yarımmüdafiəçinin bu mövsüm başa çatdıqdan sonra “Yuventus”a qatılacağı vurğulanıb.

Daha sonra Kataloniya klubu “qoca sinyora”nın üzvü Mirələm Pyaniçi heyətinə qatdığını ictimaiyyətə bildirib. La Liqa təmsilçisinin bu transfer üçün 60 milyon avro və əlavə 5 milyon avro ödəyəcəyi bildirilib. 30 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacağı bildirilib. Onun yeni qiymətinin 400 milyon avro təşkil edəcəyi vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43