Dünya futbolu

“Barselona” və “Lion”un prezidentləri təsdiqlədilər

Fransa millisinin heyətində müdafiə xəttində kart cəzası və zədə səbəbiylə sıxıntı olduğu üçün bu gün İslandiyaya qarşı oyunda Samuel Umtiti çıxış edə bilər

İdmanxeber.com-un məlumatına görə, “Olimpik Lion”un gənc müdafiəçisi üçün bu, “Barselona”ya keçmək üçün mühüm rol oynayacaq. 

Umtiti ilə Kataloniya klubu arasında əlaqələrin olduğunu və transfer müzakirələrinin getdiyini “Lion” və “Barselona” klublarının prezidentləri də təsdiqləyib. Bu məsələdə hazırda “Barsa”da çıxış edən Ceremi Matyönün də rolu olduğu iddia edilir. 

Umtiti Fransa millisinin bütün alt yaş kateqoriyalarında milli komandanın formasını geyinib.

mənbə: goal.com\en  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43