Dünya futbolu

“Barselona” Xavi ilə razılığa gələ bilmir

“Barselona” Xavi ilə razılığa gələ bilmir.

İdmanxeber.az “Marca”ya istinadən xəbər verir ki, rəhbərlik ispaniyalı mütəxəssislə sözləşmə uzatmaq istəsə də, tərəflər anlaşa bilmir. Belə ki, Xavi rəhbərlikdən maaşının artırılmasını tələb edir.

Maliyyə problemi yaşayan Kataloniya təmsilçisi isə mütəxəssisin bu istəyini həyata keçirə bilmir. Bu səbəbdən də tərəflər hələlik razılığa gələ bilmirlər.

Xatırladaq ki, Xavinin “Barselona” ilə müqaviləsi 2024-cü ildə başa çatır. Rəhbərlik isə ona 2026-cı ilə qədər yeni sözləşmə təklif edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43