Dünya futbolu

“Barselona” Xavidən narazıdır

“Barselona” rəhbərliyi Xavinin işindən razı deyil.

İdmanxeber.az-ın məlumatına görə, ard-arda gələn pis nəticələrdən sonra 43 yaşlı mütəxəssisə inam azalıb. Kataloniya klubunun idman direktoru Deko ilə Xavi arasındaki münasibət də yaxşı deyil.

Deko ispaniyalı baş məşqçinin Çempionlar Liqasındakı “Antverpen”lə oyun üçün Belçikaya apardığı heyəti bəyənmiyib.

Xavi 2021-ci ilin noyabrından “Barselona”ya başçılıq edir. O, “blauqrana”ya 1 dəfə İspaniya çempionluğu, 1 dəfə isə İspaniya superkuboku qazandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43