Dünya futbolu

“Barselona” yeni baş məşqçisini bu tarixdə açıqlayacaq

“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu iyulun 1-nə qədər Luis Enrikenin  yerini tutacaq yeni mütəxəssisin adını açıqlayacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə açıqlama verən klub prezidenti futbolçuların Luis Enrikenin qərarından məyus olduqlarını bildirib:

“Oyunçular baş məşqçinin bu qərarından çox məyusdurlar. Başqa bir tərəfdən isə motivasiyaları yüksəkdir. İyulun 1-nə qədər əllərindən gələni edəcəklər. Enrikeni sona qədər dəstəkləmək lazımdır”.

Xatırladaq ki, dünən Enrike müqavilənin sonunda işini tərk edəcəyini rəsmi şəkildə bəyan etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43